Bank Of Baku

Kabardin-Balkarda altı yaraqlı öldürülüb

Kabardin-Balkarda altı yaraqlı öldürülüb
# 10 iyun 2011 16:44 (UTC +04:00)
Bakı - APA. Kabardin-Balkarda keçirilən xüsusi əməliyyat zamanı altı yaraqlı öldürülüb. APA-nın İTAR-TASS-a istinadən xəbərinə görə, silahlı toqquşma zamanı güc strukturlarının bir əməkdaşı öldürülüb, beş əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.

Toqquşma Kabardin-Balkarın Elbrus rayonunun Neytrino qəsəbəsində qeydə alınıb. Yaraqlılar avtomat silahdan atəş açaraq dağ-meşə massivində gizlənməyə çalışıblar. Onlara minomyot atəşi ilə cavab verilib.

Hazırda əməliyyat başa çatıb, öldürülən yaraqlıların şəxsiyyəti müəyyənləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR