Bank Of Baku

Tiflis Gürcüstan vətəndaşlarını Rusiyaya getməməyə çağırıb

Tiflis Gürcüstan vətəndaşlarını Rusiyaya getməməyə çağırıb
# 10 iyun 2011 20:47 (UTC +04:00)
Bakı-APA. Gürcüstan XİN ölkə vətəndaşlarını Rusiyaya getməkdən çəkindirir.

«Gürcüstan XİN öz vətəndaşlarını Rusiyaya getməməyə çağırır. Bu ölkədə olmaq təhlükəsiz deyil», deyə xarici siyasət idarəsinin yaydığı bəyanatda deyilir.

XİN-in çağırışı iyunun 5-də Moskvada 49 yaşlı gürcü inşaatçı Gela Bliadzenin qətliylə bağlıdır.

Gürcüstan xarici siyasət idarəsinin bəyanatında bu qətlin «etnik mənsubiyyətə görə» baş verdiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR