Bank Of Baku

Qardabanidə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Qırmızı Xaç Cəmiyyətinin tibb kabineti istifadəyə verilib

Qardabanidə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Qırmızı Xaç Cəmiyyətinin tibb kabineti istifadəyə verilib
# 10 iyun 2011 23:51 (UTC +04:00)
Qaradabani. Nizami Məmmədzadə-APA. İyunun 10-da Qardabanidə Yaponiyanın Gürcüstandakı səfirliyi Qırmızı Xaç Cəmiyyətinin yeniləşdirilmiş tibb kabinetini istifadəyə verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, kabinetin açılışında Yaponiyanın Gürcüstandakı səfiri Masayoşi Kamoxara və Gürcüstan Qırmızı Xaç Cəmiyyətinin prezidenti Nana Keinişvili və digər rəsmi şəxslər iştirak edib. Azərbaycanlıların kompakt yaşadığı Qardabani şəhərində tibb kabinetinin reabilitasiyası və müasir avadanlıqlarla təchiz edilməsi Yaponiya hökumətinin maliyyə dəstəyi sayəsində həyata keçirilən layihə sayəsində baş tutub. Məlumata görə, tibb kabineti qaçqınlara və sosial cəhətdən müdafiəsiz insanlara xidmət edəcək. Yaponiya səfiri Masayoşi Kamoxara açılış mərasimində bildirib ki, yeni reabilitasiya olunan kabinetə müasir standartlara uyğun 6 ultra müasir tibbi cihaz verilib. “Bu, Yaponiya hökumətinin Gürcüstanda maliyyələşdirdiyi 105-ci layihədir. Yaponiyada zəlzələdən sonra baş verən təbii fəlakətlərə baxmayaraq Yaponiya hökuməti və səfirliyi Gürcüstanda belə layihələri durmadan həyata keçirir”.
Qeyd edək ki, Yaponiya inkişaf Fondunun Gürcüstana ümumi yardımı bu günə qədər 362 milyon dollar təşkil edib.
Xatırladaq ki, Yaponiya hökuməti bir neçə il ərzində azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda da bir sıra sosial və kənd təsərrüfatının inkişafı üçün layihələrə maliyyə dəstəyi həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR