Bank Of Baku

Marneulidə etnik azlıqların “Eyni səma altında – mədəni dialoq” adlı musiqi festivalı keçirilib

Marneulidə etnik azlıqların “Eyni səma altında – mədəni dialoq” adlı musiqi festivalı keçirilib
# 11 iyun 2011 16:44 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Marneuli rayon mədəniyyət evində Gürcüstanın Mədəniyyət və Abidələrinin mühafizəsi nazirliyi, reinteqrasiya məsələləri üzrə nazirliyin, Kvemo-Kartli bölgə qubernatorluğu və Vətəndaş İnkişafı Agentliyin (CİDA) və yeri hökumət nümayəndələrin təşkilatçılığı ilə “Eyni səma altında –mədəni dialoq” adlı musiqi festivalı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirə Kvemo-Kartli bölgəsində yaşayan etnik azlıqların nümayəndələrinin musiqi qrupları qatılıblar. Tədbirdə reinteqrasiya məsələləri üzrə dövlət naziri Eka Tkeşelaşvili, Marneuli rayon icra hakimiyyəti rəhbəri Zaza Dekonoidze və CİDA qeyri hökumət təşkilatının direktoru Zviad Devdoriani çıxış ediblər. Sonra Marneuli, Zalqa, Dmanisi, Marneuli, Qardabani, Tetri-Skaro və Bolnisi rayonlarından gələn musiqi qrupları çıxış ediblər.
Festivalın sonunda reinteqrasiya məsələləri üzrə dövlət naziri Eka Tkeşelaşvili və Marneuli rayon icra başçısı Zaza Dekonoidze festival iştirakçılarına müxtəlif hədiyyələr təqdim ediblər.
Reinteqrasiya məsələləri üzrə dövlət naziri Eka Tkeşelaşvili APA-ya açıqlamasında Kvemo-Kartlidə etnik azlıqların iştirak etdiyi festivalın keçirilməsinin artıq ənənəyə çevrildiyini söyləyib. “Bu tədbir artıq üçüncü dəfədir ki, keçirilir. Bu beynəlmiləl festival xarakteri daşıyır. Bundan əvvəl Zalqa və Dmanisi rayonlarında keçirilib. Fikrimcə bu tədbir eyni zamanda mədəni dialoq deməkdir. Biz bunu ənənəyə çevirmişik. İstəyimiz odur ki, Gürcüstanda yaşayan millətlər aydın səma altında yaşasınlar. Bu tədbirdə iştirak edən gürcülər, azərbaycanlılar, ukraynalılar və digər millətlərin istedadlı nümayəndələri iştirak etdilər. Biz-müxtəlif millətlər, eyni bir dövlətdə çox sıx və mehriban şəraitdə yaşayırıq.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR