Bank Of Baku

Türkiyə casusu kimi 10 il cəza çəkən Bocolyan Yerevanda azadlığa buraxılıb

Türkiyə casusu kimi 10 il cəza çəkən Bocolyan Yerevanda azadlığa buraxılıb
# 12 iyun 2011 02:45 (UTC +04:00)
Bakı-APA. Türkiyənin xeyrinə casusluq etmək ittihamı ilə 26 yanvar 2006-cı ildə 10 il müddətinə məhkum edilmiş türkşünas, tərcüməçi Murad Bocolyan cəza müddəti başa çatdıqdan sonra azadlığa buraxılıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, “Yerevan-Sentr” cəzaçəkmə müəssisəsinin qarşısında Bocolyanın qohumları və müxalif Erməni Milli Konqresin bir sıra gənc nümayəndələri onu alqışlarla qarşılayıblar.
Erməni Milli Konqresi Murad Bocolyanı siyasi məhbus hesab edir və onun azad edilməsini tələb edirdi.
Özünü siyasi məhbus hesab edirsizmi? – sualına cavabında Murad Bocolyan deyib ki, şəxsin siyasi məhbus olub-olmadığını onun özü deyil, onun hərəkətlərinə qiymət verən cəmiyyət müəyyən edir.
“Mənə elə gəlir ki, bu illər ərzində həqiqətin harada olduğunu çoxları anlayıb”.
Murad Bocolyan məhkəmənin qərarını səhv hesab edir və 10 il bundan əvvəl olduğu kimi, həbsxanadan çıxdıqdan sonrada müqəssir olmadığını bidirib: “Mən elə düşünmürəm ki, məni bu hala salanların bu ölkədə yaşamağa məndən çox haqları var”.
Onun vəkili hələ 2002-ci ildə bəyan etmişdi ki, Bocolyan yalnız Türkiyənin TV-6 televiziya şirkəti ilə əməkdaşlıq etdiyi haqda müvafiq orqanları xəbərdar etmədiyi qismində səhvini boynuna alıb.
Eyni zamanda İnsan Haqları üzrə Avropa Məhkəməsi 2009-cu ildə Murad Bocolyanın Ermənistan Respublikasına qarşı iddiasını rədd edib, Ermənistan məhkəmələrinin qərarlarını qüvvədə qoymuşdu. Bununla bağlı Bocolyan deyib ki, “Avropa Məhkəməsinin imtinası bir çox müəmmalı əhvalatlarla bağlıdır”, və gələcəkdə bu məsələ ilə məşğul olmaq niyyətindədir.
Helsinki Assosiasiyasının rəhbəri Mikael Danielyan deyib ki, rəhbərlik etdiyi təşkilat və şəxsən özü Murad Bocolyanı birmənalı siyasi məhbus hesab edirlər.
Helsinki Vətəndaş Assambleyası Vanadzor şəhər bölməsinin rəhbəri Artur Sakunts isə Bocolyanın işi üzrə məhkəmə prosesinin tamamilə qeyri-qanuni olduğunu qeyd edərək, Murad Bocolyanın “siyasi deyil, vicdan məhbusu” hesab etdiyini bildirib çünki o, siyasətlə məşğul olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR