Bank Of Baku

Kirsan İlümjinov: “Qəddafi NATO bombardmanından bir neçə dəqiqə əvvəl qaldığı evi tərk edib”

Kirsan İlümjinov: “Qəddafi NATO bombardmanından bir neçə dəqiqə əvvəl qaldığı evi tərk edib”
# 14 iyun 2011 12:42 (UTC +04:00)
Bakı – APA. İyunun 12-də Liviyaya səfər edən Beynəlxalq Şahmat Federasiyasının rəhbəri Kirsan İlümjinov Müəmmər Qəddafinin möcüzə nəticəsində sağ qaldığını açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, K. İlümjinov deyib ki, M. Qəddafi mayın 1-nə keçən gecə - NATO bombardmanından bir neçə dəqiqə əvvəl qaldığı evi tərk edib, evdə qalan oğlu və 3 nəvəsi ölüblər: “O, saat 20.05-də evdən çıxıb. 20.11-də onun gözləri qarşısında ev bombalanıb və doğmaları, yaxınları həlak olub”.

Tripoli haqqında təəssüratlarını bölüşən K. İlümjinov Liviya paytaxtında kafe və restoranları işlədiyini söyləyib: “Biz ölkənin yarısını keçib getdik, şəhərləri, kəndləri gördük. Qərb kütləvi informasiya vasitələri guya şəhərlərdə döyüşlərin getdiyini bildirirlər. Orada heç bir Qərb telekanalının yayımı dayandırılmayıb. Mehmanxanada hətta Rusiya telekanallarını da izləmək mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR