Bank Of Baku

Gürcüstanda yeni maliyyə naziri təyin olunub

Gürcüstanda yeni maliyyə naziri təyin olunub
# 17 iyun 2011 23:46 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanda yeni maliyyə naziri təyin edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazir Nika Gilauri dövlət dəftərxanasında keçirdiyi brifinqdə məlumat verib. Baş nazir maliyyə naziri vəzifəsinə Dmitri Qvintadzenin təyin olunduğunu bildirib. Nika Gilauri keçmiş maliyyə naziri Kaxa Bainduraşvilinin istefasını qəbul edib və ona təşəkkürünü bildirib.
Baş nazir brifinqdə qeyd edib ki, Bainduraşvili özü istefa barədə xahiş edib. O, “Gürcüstan poçtu” qəyyumlar şurasının sədri vəzifəsini tutmaq niyyətindədir.
“Biz Bainduraşviliyə nazir vəzifəsində həyata keçirdiyi işlərə görə təşəkkür edirik və onun gördüyü işləri uğurlu sayırıq”, deyə baş nazir qeyd edib.
Baş nazir Nika Gilaurinin məlumatına görə, yeni təyin edilən maliyyə naziri bazar ertəsi vəzifəsinin icrasına başlayacaq.
“Dmitri Qvintadze yaxşı maliyyəçi kimi özünü göstərə bilib. Xüsusi ilə ölkəmizin xarici borclarının ödənilməsi sahəsində göstərdiyi xidmətlərə görə, onu daha yüksək vəzifəyə təyin edilməyə qərar verilib”, deyə baş nazir brifinqdə bildirib.
Jurnalistlər qarşısında çıxış edən keçmiş maliyyə naziri Kaxa Bainduraşvili nazir vəzifəsindən istefa verməsinə görə, təəssüflənmədiyini deyib. “İstəyirəm, birmənalı şəkildə deyəm ki, qərarım barədə təəssüflənmirəm. Əksinə, mən qarşıya qoyduğum bütün tapşırıqları uğurla yerinə yetirdiyimə görə çox məmnunam”, deyə Baiunduraşvili bildirib.
Bainduraşvilinin sözlərinə görə, onun başqa məqsədi var. O, “Gürcüstan poçtu” korporasiyasına qəyyumlar şurasının rəhbəri seçildikdən sonra bu idarədə uğurlu işlər görməyi düşünür.
Qeyd edək ki, Dmitri Qvintadze Gürcüstan maliyyə nazirinin müavini vəzifəsində işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR