Bank Of Baku

Gürcüstanda torpaq sürüşməsi baş verib, dörd nəfər həlak olub

Gürcüstanda torpaq sürüşməsi baş verib, dörd nəfər həlak olub
# 19 iyun 2011 15:34 (UTC +04:00)
Bakı-APA. Tiflis-Batumi avtomobil yolunun Rikotsk aşırımı hissəsində baş verən torpaq sürüşməsi nəticəsində dörd nəfər yer altında qalıb. APA-nın məlumatına görə, torpaq sürüşməsinə səbəb bir neçə gündür davam edən aramsız yağışlardır. Baş nazir Nika Gilauri və bir neçə nazir artıq hadisə baş verən ərazidədir. Aramsız yağışlar nəticəsində körpülər uçub, əkin sahələri məhv olub. Qırılan ağaclardan biri hadisə yerinə gələn qaçqınların işləri və köçürülmə üzrə nazir Koba Subelianinin maşının üstünə düşüb. Nazir xəsarət almayıb, lakin maşına ciddi ziyan dəyib. Hazırda xilasedicilər sürüşmə baş verən ərazidə itkin düşmüş iki nəfərin meyitini axtarmaqda davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR