Bank Of Baku

Gürcüstan XİN: Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır

Gürcüstan XİN: Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır
# 20 iyun 2011 12:31 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Rəsmi Tiflis beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırır. Bununla Gürcüstan işğal olunan torpaqlara beynəlxalq müşahidəçilərin buraxılmasını istəyir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze Rusiya işğalçıları tərəfindən 10 Gürcüstan vətəndaşının saxlanılmasını şərh edərkən deyib. Nazir müavinin sözlərinə görə, belə faktlar ənənəyə çevrilib: “Baş verənlər göstərir ki, işğal olunan torpaqlarda özbaşınalıq hökm sürür. İşğalçılar məqsədyönlü surətdə beynəlxalq ictimaiyyətin insan hüquqlarının və təhlükəsizliyin təmin edilməsi çağırışına əhəmiyyət vermirlər”.

Nazir müavini beynəlxalq ictimaiyyətə çağırışında Rusiyaya təzyiqin artırılmasını istəyib: “Bizim üçün çox vacibdir ki, bu çağırışa Qərb də qoşulsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR