Bank Of Baku

Elmira Axundova MDB Parlamentlərarası Assambleyası Komissiyasının sədr müavini seçilib

Elmira Axundova MDB Parlamentlərarası Assambleyası Komissiyasının sədr müavini seçilib
# 20 iyun 2011 12:46 (UTC +04:00)
Bakı – APA. İyunun 17-18-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, İnformasiya, Turizm və İdman məsələləri üzrə Daimi Komissiyasının səyyar iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda MDB-nin 10 ölkəsinin ali qanunvericilik orqanlarının nümayəndələri, Rusiya və Ukraynanın qanunvericilik sahəsində tanınmış mütəxəssisləri iştirak edibllər. Azərbaycan Milli Məclisinin üzvü Elmira Axundova yekdilliklə komissiyanın sədr müavini seçilib. Komissiyanın səyyar iclası məhz Elmira Axundovanın sədrliyi ilə keçirilib. Toplantıda bir sıra model qanunlar qəbul olunub və MDB Parlamentlərarası Assambleyasının plenar iclasına tövsiyə edilib.

Elmira Axundova və Milli Məclisin MDB Parlamentlərarası Assambleyasındakı daimi nümayəndəsi Aydın Cəfərov Tatarıstandakı Azərbaycan diasporasının nümayəndələri ilə görüş də keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR