Bank Of Baku

İyunun 22-də Gürcüstan paytaxtında Böyük Vətən Müharibəsinin 70 illiyinə həsr olunan aksiya keçiriləcək

İyunun 22-də Gürcüstan paytaxtında Böyük Vətən Müharibəsinin 70 illiyinə həsr olunan aksiya keçiriləcək
# 20 iyun 2011 19:53 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. İyunun 22-də Gürcüstan paytaxtında “Mənim yaddaşımın növbəsi” adlı aksiya - Xatirə Günü keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflisdə fəaliyyət göstərən “Rus klubu ” beynəlxalq mədəni-maarif birliyinin təşkilatçılığı ilə “Mir” teleradioşirkətinin layihəsi çərçivəsində keçiriləcək tədbir Böyük Vətən Müharibəsinin (BVM) 70 illiyinə həsr olunacaq.
Gürcüstan müharibəyə 700 min gənc oğlan və qız göndərib. Onlardan 300 mini geri qayıtmayıb.
İyunun 22-də Tilisin Vake parkında səhər saat 4-də “Naməlum əsgər”in məzarı önündə müharibədə qəhrəmanlıqla həlak olanların xatirəsi şamlar yandırmaqla yad ediləcək, gənclər və tələbələr, məşhur aktyor və musiqiçilər müharibə veteranları ilə birlikdə “Yaddaş növbəsi”ndə keşik çəkəcəklər. Tədbirdə gənc müğənnilər müharibə və sülhə həsr edilən mahnılar ifa edəcək, müharibənin od-alovundan çıxan veteranlar canlı xatirələrini danışacaqlar. Həmin gün “Rus klubu” birliyinin dəstəyi ilə nəşr edilən və Böyük Qələbənin 65-ci ildönümünə və 70 illiyinə həsr edilən və gürcü hərbi lirikası və hərbi sənədli və bədii hekayələr toplusu rus şairlərinin tərcüməsində hər bir aksiya iştirakçılarına təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR