Bank Of Baku

Məhkəmə Nino Burcanadzenin ərinin həbsinə sanksiya verib

Məhkəmə Nino Burcanadzenin ərinin həbsinə sanksiya verib
# 21 iyun 2011 07:22 (UTC +04:00)
Bakı-APA. Tiflis şəhər məhkəməsi parlamentin sabiq spikeri Nino Burcanadzenin həyat yoldaşı Badri Bitsadzenin həbsinə sanksiya verib. APA-nın məlumatına görə, adı çəkilən şəxs bir müddət əvvəl Tiflisdə etiraz aksiyalarının təşkilində ittiham olunur.
Bundan əvvəl məhkəmə polis əməkdaşlarına hücumun təşkilində ittiham edilən Badri Bitsadzenin 60 min dollar girov müqabilində azadlıqda qala biləcəyi barədə qərar çıxarıb. Lakin polisdən gizlənən Bitsadze bu məbləği ödəməyib. Nino Burcanadze də bildirib ki, məhkəmənin təyin etdiyi girov pulunu ödəmək niyyətində deyil.
Cərimənin ödəniş müddəti iyunun 7-də başa çatıb. Bununla əlaqədar prokurorluq məhkəməyə müraciət edərək təqib qərarının sərtləşdirilməsini istəyib. Bu müraciəti müzakirə edən məhkəmə Nino Burcanadzenin ərinin həbs olunmasına sanksiya verib.
Qeyd edək ki, Badri Bitsadzeyə qarşı rəsmi ittiham mayın sonlarında müxalifətin Tiflisdəki etiraz aksiyası dağıdıldıqdan sonra irəli sürülüb. Gürcüstan Daxili İşlər Nazirliyi müxalifətin hərbi qanadının fəaliyyətini məhz Badri Bitsadzenin koordinasiya etdiyini təsdiqləyən videogörüntülər yayımlayıb. Bundan başqa müxalifət liderlərinin polislə qarşıdurma taktikasını müzakirə etdikləri söhbətin lent yazısı da yayımlanıb.
Hazırda Badri Bitsadzenin harada olduğu məlum deyil. Hüquq-mühafizə orqanları onun ölkəni tərk etdiyini düşünürlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR