Bank Of Baku

Kareliyada 44 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının ilkin səbəbi açıqlanıb

Kareliyada 44 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının ilkin səbəbi açıqlanıb
# 21 iyun 2011 16:19 (UTC +04:00)
APA-nın “İnterfax”a istinadən xəbərinə görə, S.İvanov Petrozavodsk səmasında baş verən qəzaya pilotun səhvinin səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, ilkin ehtimal belədir ki, pilotun uçuş zolağından sağa çıxması nəticəsində qəza meydana gəlib. S.İvanov bu qəza ilə 10 aprel 2010-cu ildə Smolenskdə baş verən və prezident Lex Kaçinskinin başçılıq etdiyi Polşa nümayəndə heyətinin ölümü ilə nəticələnən aviaqəzanı müqayisə edib: “Hər iki halda eniş dispetçerlərin xəbərdarlığına baxmayaraq, pis hava şəraitində gerçəkləşib”.

Qeyd edək ki, iyunun 20-də baş verən aviaqəza nəticəsində yaralanmış 8 nəfər xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR