Bank Of Baku

Gürcüstan kənd təsərrüfatı naziri etnik azlıq nümayəndələri ilə görüşüb

Gürcüstan kənd təsərrüfatı naziri etnik azlıq nümayəndələri ilə görüşüb
# 21 iyun 2011 20:43 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan kənd təsərrüfatı naziri Bakur Kvezereli Ombudsman aparatının nəzdində fəaliyyət göstərən etnik azlıq şurasının nümayəndələri ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir nümayəndələri milli azlıqların kompakt yaşadığı Kvemo-Kartli, Samsxe-Cavaxeti və Kaxeti bölgələrində həyata keçiriləcək layihələrlə və gələcək planlarla tanış edib. Görüşdə Bakur Kvezereli adı çəkilən bölgələrdə kənd təsərrüfatında olan problemləri dinləyib və həlli yollarının yerinə yetirilməsinə toxunub.
“Biz regionlarda gedən layihələrlə etnik azlıqların nümayəndələrini tanış etdik, eyni zamanda söhbətlərimizdə kəndlərdə olan problemlərə də toxunduq və onların həll edilməsi yolları barədə fikir mübadiləsi apardıq.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR