Bank Of Baku

Ermənistanın Respublika Partiyasının “Rusiyanın forpostu” imicindən azad olmaq uğrunda mübarizə aparacaq

Ermənistanın Respublika Partiyasının “Rusiyanın forpostu” imicindən azad olmaq uğrunda mübarizə aparacaq
# 22 iyun 2011 00:52 (UTC +04:00)
Bakı-APA. Ermənistan Respublika Partiyasının sədri Aram Sarkisyan Ermənistanın ön vəzifələrindən biri “Rusiyanın forpostu” imicindən azad olmağı hesab edir.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, müxalif partiya lideri bildiriblər ki, Ermənistanın yeganə daha mühüm resursu demokratiyadır.

Demokratiya səviyyəsi baxımından, Rusiya Ermənistanla eyni, bəlkə də, daha pis vəziyyətdədir, deyir Aram Sarkisyan: “Ermənistanda heç olmazsa çoxminli mitinqlər keçirmək mümkün olur, əhalisi Ermənistandan qat-qat çox olan Rusiyada isə 2 min adamın iştirakı ilə mitinq artıq müvəffəqiyyət sayılır”.

Ermənistanın, onun sözlərinə görə, nə Rusiyadan öyrənəcəyi var, nə də götürəcəyi.
“Bu hal bizi bölgədə mürəkkəb vəziyyətə qoyur. Biz Ermənistan Rusiyanın forpostudur anlayışından azad olmalıyıq. Bu məsələ ölkənin öncül vəzifələri sırasına daxildir”, - deyib müxalif Ermənistan Respublika Partiyasının lideri.

Buna misal olaraq, Aram Sarkisyan hal hazırda ABŞ-la əlaqələndirilən Gürcüstanı xatırlatdı: “Gürcüstanda islahatlar, əlverişli iqtisadi vəziyyət, korrupsiya ilə mübarizənin nəticələri ayrıca bir şəxsin fenomeni yaxud saflığının deyil, Qərbin maliyyə və konsultasiya yardımı nəticəsində gerçəkləşdirilmişdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR