Bank Of Baku

Yuliya Timoşenko məhkəmə qarşısına çıxarılacaq

Yuliya Timoşenko məhkəmə qarşısına çıxarılacaq
# 22 iyun 2011 01:19 (UTC +04:00)
Bakı-APA. Ukraynanın hakimiyyətindən sui-istifadə ittihamı ilə üzləşən müxalifət lideri Yuliya Timoşenko cümə günü məhkəmə qarşısına çıxarılacaq.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, sabiq baş nazirin müdafiəsi komandasına Covington & Burling şirkətinin hüquqşünasları da daxildir. O, 2009-cu ildə Rusiya ilə qaz razılığı imzalamaqda ittiham edilir. Rəsmilər Timoşenkonun razılığa imza atması üçün təsdiq əldə etməli olduğunu deyir. O, həm də Rusiyadan olduqca baha qaz almaqda günahlandırılır. Yuliya Timoşenko ittihamların siyasi motivlərə əsaslandığını və bunun prezident Viktor Yanukoviçin müxalifəti əzmək kampaniyasının bir hissəsi olduğunu bildirir. Timoşenko dövründə nazirlər kabinetində çalışan bir neçə adam həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR