Bank Of Baku

Dağıstanda 5 hərbçi öldürülüb

Dağıstanda 5 hərbçi öldürülüb
# 22 iyun 2011 07:26 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyası Dağıstan Respublikasının Kizlyar rayonunda keçirilən xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının 5 əməkdaşı həlak olub. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, ölənlərdən 3-ü xüsusi təyinatlılar, 2-si isə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır.

Əməliyyat iyunun 21-də Kuznetskova kəndi yaxınlığındakı meşə massivində keçirilib. Meşədə bir qrup silahlı mühasirəyə alınıb. İyunun 22-nə keçən gecə silahlılar mühasirəni yararaq qaçmağa çalışıblar. Baş verən döyüşdə 3 xüsusi təyinatlı həlak olub, 13 nəfər yaralanıb. Daha sonra 2 FTB əməkdaşı həlak olub. Əməliyyat davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR