Bank Of Baku

Rusiya “Dnesrtyanı Respublikasının prezidenti” İqor Smirnova təhlükəsizlik qarantiyası müqabilində bu postdan getməyi təklif edib

Rusiya “Dnesrtyanı Respublikasının prezidenti” İqor Smirnova təhlükəsizlik qarantiyası müqabilində bu postdan getməyi təklif edib
# 22 iyun 2011 08:57 (UTC +04:00)
Bakı-APA Moskva tanınmamış “Dnestryanı Respublika”nın rəhbəri İqor Smirnova təhlükəsizlik qarantiyası müqabilində qarşıdan gələn “prezident seçkilərində” iştirak etməmək təklifini verib. APA-nın “Kommersant”a istinadən yaydığı məlumata görə, təhlükəsizlik qarantiyasının Smirnovun ailəsinə və biznesinə də şamil olunacağı bildirilir.

Buna rəğmən İqor Smirnov semki kampaniyasını aktiv şəkildə davam etdirir. Moskva isə tanınmamış respublikanın rəhbəri postunda Anatoli Kaminskini görmək istəyir. Hakim “Vahid Rusiya” partiyası dəfələrlə Kaminskini dəstəklədiyinə dair bəyanatla çıxış edib.

Dünən Moskvada ilk dəfə olaraq Dnestryanı problemin həlli üçün “5+2” formatında danışıqlar keçirilib. Danışıqlara Avropa İttifaqı və ABŞ müşahidəçi qismində, Rusiya və Ukrayna isə sülh yolu ilə nizamlanmanın qarantı kimi qatılıb. Danışıqlarda Moldova ilə Dnestryanı arasında dialoq prosesinin prinsiplərinə dair sənəd müzakirə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR