Bank Of Baku

Gürcüstanda təbii fəlakət nəticəsində zədə alan qaz xətləri bərpa edilib

Gürcüstanda təbii fəlakət nəticəsində zədə alan qaz xətləri bərpa edilib
# 23 iyun 2011 23:23 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. ARDNŞ-in Gürcüstan nümayəndəliyinin törəmə təşkilatı olan SOKAR Georgia Gas bu gün təbii fəlakət nəticəsində Xaşuri şəhərində iyunun 18-də zədə alan 200 metr uzunluğunda qaz xəttini bərpa edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, artıq qazsız qalan 300 abonent qazla təmin olunub.
Məlumata görə, Surami bölgəsində Suramela çayının məcrasından çıxaraq 400 metr qaz xəttinə də zədə vurub. Bu səbəbdən Suramidə 800 nəfər abonent qazsız qalıb. ARDNŞ-in Gürcüstan nümayəndəliyindən APA-ya verilən məlumata görə, dünəndən həmin bölgədə SOKAR Georgia Gasın əməkdaşları intensiv iş aparırlar. Məlumata görə, qəzanın nəticəsi mərhələ-mərhələ aradan qaldırılır. İyunun 25-də əhaliyə qaz verilməsi bütünlüklə bərpa ediləcək.
Qeyd edək ki, SOKAR Georgia Gas Gürcüstanda qazlaşdırmanı uğurla davam etdirir. ARDNŞ-in törəmə təşkilatı indiyədək Gürcüstanda 30 qazpaylayıcı şəbəkəni özəlləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR