Bank Of Baku

Gürcüstanda “dövlət çevrilişi” cəhdi ilə bağlı həbslər edilib

Gürcüstanda “dövlət çevrilişi” cəhdi ilə bağlı həbslər edilib
# 24 iyun 2011 00:41 (UTC +04:00)
Bakı-APA. Gürcüstan Daxili işlər Nazirliyi bildirib ki, sabiq müdafiə naziri İrakli Okruaşvili ilə bağlı olan qrup Rusiya hərbçilərinin köməyi ilə Qori şəhərini ələ keçirməyə hazırlaşıblar.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, işlə bağlı 8 nəfərin həbs edildiyi bildirilir. Bir çox adam axtarışa verilib.
Bildirilir ki, həbs olunanlardan bəziləri artıq günahlarını boynuna alıblar.
Qrup üzvlərinə qeyri qanuni silahlı birləşmələrin yaradılması ilə bağlı ittihamlar təqdim olunub.
200 nəfərlik Rusiya xüsusi təyinatlı dəstənin köməyi ilə Qori şəhərinə daxil olan qrupun burada rəsmilər, hərbçilər və şəhər polisi üzərinə həmləyə keçəcəyi iddia edilir.
Fransada siyasi sığınacaq qazanmış Okruaşvilinin may ayında keçən hakimiyyət əleyhinə mitinqlərə qatılacağı gözlənilirdi.

Yerli mətbuat onun Gürcüstana Abxaziya və yaxud da elə Qori ilə həmsərhəd Cənubi Osetiyadan keçəcəyini bildirib.

Lakin son məqamda siyasətçi planlarını qəfil dəyişdirərək mitinqlərdə iştirak etməyəcəyini elan edib.

İrakli Okruaşvili və onun lider olduğu “Gürcüstan partiyası” ittihamları şərh etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR