Bank Of Baku

Tiflisdə yeni yaradılan Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərləri ilə görüş keçirilib

Tiflisdə yeni yaradılan Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərləri ilə görüş  keçirilib
# 28 iyun 2011 23:05 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtındakı Nodar Dumbadze adına teatrda yeni yaradılan Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərləri ilə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə GMİ-nin təsisçilərindən biri, Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusubov çəxış edərək bildirib ki, tədbirə Gürcüstan parlamentinin və hökumətinin nümayəndələri, Acarıstandan müsəlman ruhanilər və eyni zamanda azərbaycanlı ziyalılar və ruhanilər dəvət olunub. Onun sözlərinə görə tədbiri keçirməkdə əsas məqsəd Gürcüstanda yeni seçilən müsəlman ruhani liderləri ilə görüşməkdir. “Mən bir təsisçi kimi fəxr edirəm ki, GMİ-nin təsisçilərindən biriyəm. Biz bu təşkilatı təsis etməmişdən əvvəl Gürcüstanda müsəlman dininin tarixini araşdırdıq. Ruhani liderləri ilə görüşdük, onlarla xeyli söhbət etdik və bundan sonra belə bir qərara gəldik ki, bu idarəni yaradaq”.
Hüseyn Yusubov çıxışında bəyan edib: “Yaxın günlərdə məscidlərin qeydiyyatı keçiriləcək. Buna görə də hökumətimizə minnətdarlığımı bildirirəm ki, GMİ-nin təklifləri qəbul olunub. Mən fürsətdən istifadə edib Vaqif Əkbərovu Gürcüstanın şeyxi , Camal Paksadzenin müfti və Yasin Əliyevi imam seçilməyi münasibəti ilə təbrik edirəm. Əmin edirəm ki, biz həmişə sizlərə dəstək olacağıq.”
Tədbirdə Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, GMİ-nin yaradılmasını tarixi hadisə adlandırıb. “Hamı bu təşkilata hörmət etməlidir. İnanıram ki, bu təşkilat qısa bir vaxt ərzində bütün müsəlmanları öz ətrafında birləşdirəcək”.
Görüşdə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katib müavini Tamar Kindzuraşvili bu təşkilatın yaradılması ilə dini problemlərin çözüləcəyini deyib. Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev isə çoxdan belə bir təşkilatı yaratmaq arzusunda olduğunu bildirib. “Bu təşkilatın yaradılmasını alqışlayıram. Mən bu təşkilatın yaradılmasını 2005-2006-cı illərdə arzulayırdım. Mən seçilən ruhanilərdən yenilik gözləyirəm. Gürcüstanda İslam dini hələ öyrənilməyib. Hesab edirəm ki, İslam nümayəndələri hələ vətəndaş cəmiyyətinə inteqrasiya olmayıb. Biz öz tərəfimizdən sizə istənilən kömək göstərəcəyik.”
Tədbirdə Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin diaspora üzrə aparat rəisi Zviad Zviadadze, Marneuli rayon təhsil resursları mərkəzinin rəhbəri Kamandar İsmayılov, Bolnisi rayon icra hakimiyyətinin müavini Ramin Əsədov, Qardabani rayon bələdiyyəsinin sədr müavini Xanəhməd Qəribov, Qabal kənd icra nümayəndəsi Camal Niyazov, Marneuli rayon bələdiyyəsinin sədri İsfəndiyar Kərimov və başqaları çıxış edərək GMİ-nin hər üç rəhbərini təbrik ediblər.
Sonda GMİ-nin şeyxi Vaqif Əkbərəov və Müfti Camal Paksüdze çıxış edərək onlarla görüşə gələn ictimaiyyət nümayəndələrinə, ziyalıları və dövlət və hakimiyyət nümayəndələrinə, parlament deputatlarına minnətdarlıqlarını bildiriblər. GMİ-də şeyx vəzifəsinə seçilən Vaqif Əkbərov görüşə gələn müsəlman bacı və qardaşlara, Gürcüstan dövlətinə, auditoriyaya, cəmiyyətə təşəkkürünü çatdırıb. “Biz göstərəcəyik ki, Gürcüstanda din necə inkişaf edəcək”.
Vaqif Əkbərov bu görüşdən ötrü çox şad olduğunu bildirib. “GMİ-nin yaradılması bir neçə kiçik problem yaratdı. Biz onu yüngülvarı həll etdik. Allahın adından istifadə edib ayrı yola baxmamalıyıq. Bizdə biznes işləri olmayacaq. Mən dövlətdən hər bir problemin həllini tələb edəcəyəm. Gürcü qardaşları, erməni qardaşları, rus qardaşları, abxaz qardaşları... bizim hüquqlarımız eynidir və müsəlmanlar da belə olacaq. Amma bizin idarəmiz yox idi. Gürcüstan tolerant və demokratik ölkədir”.
Vaqif Əkbərov Gürcüstan Qafqaz Müsəlmanları Ruhani İdarəsinin 1872-ci il aprelin 5-də yaradıldığnı və 1948-ci ilə qədər fəaliyyət göstərdiyini deyib. “İki gün bundan əvvəl mənim əlimə bu sənəd düşüb. Orada Gürcüstanda şiə və sünnilərin şeyxi və müftisinin seçkiləri barədə qeydlər var. İndiyədək Gürcüstan Müsəlmanları İdarəsinin Tiflisdə yerləşdiyi yazılıb. GMİ-nin 4 şeyxi və 8 müfti vəzifəsinə seçkilər keçirilib. Bu siyahı 1917-ci ilə kimi davam edib. Biz indi göstərmək istəyirik ki, ruhanilik hansı səviyyədədir.”
GMİ-nin şeyxi Vaqif Əkbərov APA-ya açıqlamasında Gürcüstanda müsəlman idarəsinin yaradılmasına münasibət bildirib. Onun sözlərinə görə, ölkədə artıq müsəlman idarəsi yaradılıb. “Biz məscidlərimizi qeydiyyatdan keçirmək üçün dövlətə müraciət edəcəyik. Həcc ziyarətini tənzimləyəcəyik. Axund və imamları təyin edəcəyik. Gürcüstanda gedən demokratik proseslərdə yaxından iştirak edəcəyik. Gürcüstan burada yaşayan hər bir vətəndaşın vətənidir. Biz hamımız Gürcüstanda özümüzü müsəlman, azərbaycanlı sayırıqsa, bu torpağın demokratik proseslərində iştirak etməliyik. Dağılan məscidlər bizdə də var, qeydiyyatdan keçməyən məscidlər bizdə də var. Biz onları Allahın köməyi ilə həll edəcəyik.”
Vaqif Əkbərov Qafqaz Müsəlmanları idarəsinin nümayəndəliyinin Gürcüstanda yenə də fəaliyyət göstərəcəyini deyib. “Onun yenə nümayəndəsi var və fəaliyyət göstərir. O, necə fəaliyyət göstərərsə, biz ona dua edərik. QMİ-nin nümayəndəsi Hacı Əli Əliyev 15 il burada fəaliyyət göstərir. Ümidimiz var ki, biz bir-birimizə kömək edəcəyik. Mən həmişə hazıram. Biz çox şad olarıq ki, onun rəhbərliyi icazə versin ki, bizim idarə ilə əlaqələr saxlasın və biz birlikdə müxtəlif layihələr həyata keçirək”.
Müfti Camal Paksadze APA-ya açıqlamasında Gürcüstanda , dünyada müsəlmanların birliyinə çalışdıqlarını bildirib. “Bu idarənin yaradılması sünni və şiələr üçün müvəffəqiyyətli bir gündür. Biz bütün müsəlmanlarla qardaş olmaq istəyirik. Biz problemlərimizi müzakirə edib, birlikdə həll etmək istəyirik. Biz bir məmləkətin vətəndaşlarıyıq. Bu gürcü müsəlmanları üçün tarixi bir gündür.”
Tədbirin sonunda gürcü və Azərbaycan dilində mahnılar ifa edilib, rəqslər nümayiş olunub.
Xatırladaq ki, İyunun 12-də Gürcüstan Müsəlmanları İdarəsinin baş müftisi-Camal Paksadze, baş şeyxi-Vaqif Əkbərov, baş imamı-Yasin Əliyev seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR