Bank Of Baku

Ermənistan müxalifəti Yerevanın mərkəzi meydanında mitinq keçirir

Ermənistan müxalifəti Yerevanın mərkəzi meydanında mitinq keçirir
# 30 iyun 2011 19:51 (UTC +04:00)
Bakı-APA. Ermənistan müxalifəti Yerevanın Azadlıq meydanında mitinq keçirir.
APA-nın «A +» agentliyinə istinadən verdiyi xəbərə görə, aksiyada siyasi məhbuslar və Ermənistan Milli Konqresinin (AMK) lideri Levon Ter-Petrosyan çıxış ediblər.
Levon Ter-Petrosyan növbəti etiraz aksiyasını avqustun 1-də keçirməyə çağırıb.
Siyasi məhbuslardan birinin çıxışının zamanı bir neçə dəqiqə meydan elektrik enerjisiz qalıb.
Aksiyanın əsas tələbi Ermənistanda növbədən kənar parlament və prezident seçkilərin keçirilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR