Bank Of Baku

Ermənistan ordusunda daha bir müəmmalı əsgər ölümü baş verib

Ermənistan ordusunda daha bir müəmmalı əsgər ölümü baş verib
# 01 iyul 2011 14:09 (UTC +04:00)
Bakı – APA. Ermənistan ordusunda növbəti əsgər ölümü baş verib. APA-nın “Armenia today” xəbər portalına istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət küçən 1991-ci il təvəllüdlü sıravi Tiqran Ambarsumyan iyunun 28-də yoxa çıxıb. Həmin gün aparılan axtarış işləri nəticə verməyib. Ertəsi gün hərbi hissənin yaxınlığındakı meşədə əsgərin meyiti aşkarlanıb. Meyitə baxış keçirilərkən sol dirsəyinin iç tərəfində geniş yara olduğu müəyyənləşib. Meyitin yanında ülgüc tapılıb.

Faktla bağlı özünü öldürmə hissinə çatdırma maddəsi ilə cinayət işi qaldırılıb. Lakin ailəsi buna inanmır və Tiqranın öldürüldüyünü bildirir. Belə ki, əsgər iyunun 28-də ailəsi ilə telefon əlaqəsi saxlayarkən yaxşı əhval-ruhiyyədə olub. Bir qədər sonra ailə üzvləri ona yenidən zəng edib, lakin telefon qapalı olub. Bir neçə sat sonra hərbi hissənin qərargah rəisi əsgərin ailəsinə zəng edərək onun qaçdığını deyib. Rəsmi açıqlamada əsgərin yalnız sol dirsəyində yara olduğu bildirilsə də, T. Ambarsumyanın yaxınları onun sifətində və boynunda da yaralar olduğunu, sifətinin eybəcər hala düşdüyünü söyləyiblər. Valideynlərə deyiblər ki, meyiti canavarlar parçalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR