Bank Of Baku

Gürcüstanda jurnalistin peşəkar fəaliyyətinə mane olan şəxs 2 ilədək islahedici işlərlə cəzalandırılacaq

Gürcüstanda jurnalistin peşəkar fəaliyyətinə mane olan şəxs 2 ilədək islahedici işlərlə cəzalandırılacaq
# 01 iyul 2011 21:55 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. İyulun 1-də Gürcüstan parlamenti “Mitinqlər və nümayişlər” haqqında Qanuna dəyişikliklər qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu dəyişikliklər jurnalistlərin toxunulmazlığı və təhlükəsizliyi üçün qəbul edilib. Dəyişikliklərdə qeyd olunub ki, aksiyaların təşkilatçıları və hüquq-mühafizə orqanları jurnalistlərə informasiyanı
ötürməyə mane olmamalıdırlar. Jurnalistlər müəyyən işarələrlə onun peşəsini bildirən nişanlar gəzdirməlidir.
Gürcüstan qanunvericiliyinə uyğun, xüsusilə Gürcüstan CM 154-cü maddəsinə istinadən jurnalistin peşəkar fəaliyyətinə mane olan və onu informasiya verməyə məcbur edən və mane olan şəxslər cərimə və 120 saatdan 140 saata qədər faydalı əməklə məşğul olmağa cəlb edilir və yaxud 2 ilə qədər islahedici işlərlə cəzalandırılır. Qanunda dəyişikliklər zamanı qeyd edilib ki, jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə zamanı zorakılıq və təhlükə, eyni zamanda xidməti vəzifədən sui-istifadə zamanı cərimə kəsilir və yaxud 2 il azadlıqdan məhrum etmə və yaxud 3 il vəzifə hüququ ilə məşğul olmaq qadağan olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR