Bank Of Baku

Rusiya turistləri artıq maneəsiz Gürcüstana gələ biləcəklər

Rusiya turistləri artıq maneəsiz Gürcüstana gələ biləcəklər
# 02 iyul 2011 02:52 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Rusiya turistləri üçün Yuxarı Lars nəzarət buraxılış məntəqəsini açıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, indi Gürcüstana turist kimi gəlmək istəyən hər bir Rusiya vətəndaşı sərhəddə viza ala bilər. Qeyd edək ki, belə bir qayda əvvəllər yalnız Şimali Qafqaz respublikalarında qeydiyyatda olan vətəndaşlara aid idi və Rusiyanın digər regionlarında yaşayan vətəndaşlar Gürcüstana turist kimi gələ bilmirdilər. Onlar Gürcüstana gəlmək üçün yalnız Moskvadakı diplomatik nümayəndəlikdən viza ala bilərdilər. Hazırda bu qayda sadələşdirilib. İndi Rusiya Federasiyasının bütün regionlarından Gürcüstana səyahətə gəlmək arzusunda olan bütün turistlər Yuxarı Lars keçid məntəqəsində maneəsiz viza əldə edib, Gürcüstana komfortla daxil ola bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR