Bank Of Baku

MDB ölkələri XİN təmsilçilərinin məsləhətləşmələri keçiriləcək

MDB ölkələri XİN təmsilçilərinin məsləhətləşmələri keçiriləcək
# 05 iyul 2011 14:44 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Sabah Belarusun paytaxtı Minskdə MDB üzvü olan ölkələrin XİN təmsilçilərinin yeni təhlükə və təhdidlərə qarşı əməkdaşlıq məsələlərinə həsr olunmuş məsləhətləşmələr keçiriləcək. APA-nın MDB mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məsləhətləşmə zamanı beynəlxalq terror, narkotik qaçaqmalı, müttəşəkil cinayətkarlıqla mübarizə məsələləri müzakirəyə çıxarılacaq. Diplomatlar çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və dini təməlçilik kimi problemlər ətrafında da fikir mübadiləsi aparacaqlar.

Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr xarici siyasət idarələrinin rəhbərləri tərəfindən təsdiq edilmiş xüsusi plan əsasında keçirilir. Son illər ənənəvi səciyyə alan məsləhətləşmlər BMT Baş Assambleyası və digər qlobal zirvə görüşləri öncəsi təşkil olunur. Məqsəd maraq doğuran beynəlxalq məsələlərə dair fikir və informasiya mübadiləsi aparmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR