Bank Of Baku

Lukaşenkonu təhqir edən polşalı jurnalist azadlıqdan məhrum edilib

Lukaşenkonu təhqir edən polşalı jurnalist azadlıqdan məhrum edilib
# 05 iyul 2011 17:06 (UTC +04:00)
Bakı - APA. Belarusun Qrodno şəhər məhkəməsi prezident Aleksandr Lukaşenkonu təhqir etməkdə və ona böhtan atmaqda təqsirləndirilən Polşanın “Qazetı vıborçey” qəzetinin əməkdaşı Andrey Poçobutun işi üzrə hökm çıxarıb.

APA-nın xəbərinə görə, məhkəmə birinci ittihamı jurnalistin üzərindən götürüb, ikinci ittiham üzrə isə onu təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib. Hökmün icrası 2 il müddətinə təxirə salınıb.

Məhkəmə zalından azadlığa buraxılan A.Poçobut özünü günahkar bilmədiyini və hökmdən şikayət verəcəyini bildirib. O, Belarus prezidentini təhqir etmədiyini, sadəcə, sərt tənqid etdiyini vurğulayıb. Məhkəmə isə jurnalistin məqalələrinin birində işlətdiyi “diktator” ifadəsini təhqir kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR