Bank Of Baku

MDB-nin “həyat keyfiyyəti” normativləri hazırlanır

MDB-nin “həyat keyfiyyəti” normativləri hazırlanır
# 07 iyul 2011 11:47 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Bu gün Minskdə MDB işçi qrupunun “həyat keyfiyyəti” normativlərinin işlənib hazırlanması üzrə iclası öz işinə başlayıb. APA-nın MDB mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, MDB ekspertləri insanların rifah halını və həyat şəraitini bir sıra meyarlar əsasında müəyyən etmək təklifini nəzərdən keçirirlər.

Beynəlxalq təcrübəyə uyğun olaraq bura demografik göstərici, səhiyyə sistemi və insanların sağlıq durumu, təhsil və mədəniyyət, iş yerləri, gəlir və yoxsulluq səvyyəsi, yaşayış şəraiti, sosial və ekoloji təhlükəsizlik, habelə tibbi xidmətə çıxış daxildir. Normativlərin müəyyən edilməsinin məsədi vətəndaşların sosial-iqtisadi həyatında dövlət təminatının minimal səviyyəsini və dövlətin sosial siyasətinin hədəflərini təyin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR