Bank Of Baku

Türkmənistanın Abadan şəhərindəki silah-sursat anbarında partlayış baş verib, ölənlər var

Türkmənistanın Abadan şəhərindəki silah-sursat anbarında partlayış baş verib, ölənlər var
# 08 iyul 2011 11:18 (UTC +04:00)
Bakı – APA. İyulun 7-də Türkmənistanın Abada şəhərindəki silah-sursat anbarında partlayış baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, partlayışdan sonra ətrafa çoxlu sayda döyüş sursatı, o cümlədən “Qrad” raketləri yayılıb. Nəticədə şəhərdə və yaxınlıqdakı dağda yanğınlar başlayıb. Hərbi hissələr yanğınların söndürülməsi və əhalinin təxliyyəsi üçün səfərbər edilib. Şahidlərin dediyinə görə, Abadana giriş qapadılıb, şəhərə gedən yollarda polis postları qoyulub.

Partlayışdan ən çox Abadanın cənub-qərbindəki Günəş qəsəbəsinin zərər çəkdiyi bildirilir. “Xronika Turkmenistana” saytı şahidlərə istinadən qəsəbədə böyük dağıntılar olduğu xəbərini yayıb. Ölənlər var. Bir çox ailə öz övladını tapa bilmir. Küçələrdə meyit və yanıq xəsarətləri almış insanlar görənlər olduğu deyilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR