Bank Of Baku

Rusiya ordusu üçün yeni avtomat silah hazırlanacaq

Rusiya ordusu üçün yeni avtomat silah hazırlanacaq
# 08 iyul 2011 12:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Rusiya Silahlı Qüvvələri üçün yeni avtomat silah hazırlanacaq. APA-nın məlumatına görə, bu barədə İTAR-TASS-a açıqlamasında “İjmaş” Konserninin icraçı direktoru Maksim Kuzyuk bildirib.

M. Kuzyuk deyib ki, hazırda üzərində iş aparılan yeni silah məşhur “Kalaşnikov” avtomatından tamamilə fərqlənəcək: “Yeni silah dünyada ən müasir atıcı silahlarla rəqabət apara biləcək”.

“İjmaş” AK-200 versiyalı avtomatların müasirləşdirilməsi layihəsini də davam etdirir. Müasirləşdirmə nəticəsində avtomat silahın istismarı asanlaşacaq, üzərinə müxtəlif qurğular və silahlar əlavə edilə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR