Bank Of Baku

Gürcüstanda mobil telefon qaçaqmalçılığının qarşısı alınıb

Gürcüstanda mobil telefon qaçaqmalçılığının qarşısı alınıb
# 08 iyul 2011 23:24 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda mobil telefon qaçaqmalçılığının qarşısı alınıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərhəd polis əməkdaşları Qardabani rayon ərazisindən Azərbaycana qanunsuz satış üçün mobil telefon aparan şəxsləri saxlayıb. Sərhəd polisindən verilən məlumata görə, Azərbaycan vətəndaşı Yaşar Hacıyev və Gürcüstan vətəndaşı Musa Musayev gömrük-nəzarət məntəqəsindən yayınmaqla Azərbaycana 578 ədəd mobil telefon keçirmək istəyiblər. Polisin cəhdi nəticəsində bu istək baş tutmayıb.
Faktla bağlı cinayət işi qaldırılıb. İstintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR