Bank Of Baku

Gürcüstan dörd foto-müxbirini casusluqda ittiham edib

Gürcüstan dörd foto-müxbirini casusluqda ittiham edib
# 09 iyul 2011 01:20 (UTC +04:00)
Bakı-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili casusluqda ittiham edilən dörd jurnalistin həbsi barədə qərarı dəstəkləyib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Saakaşvili foto-müxbirlərin ölkənin məxfi təsisatlarına daxil ola bildiklərini deyib.

Prezidentin şəxsi foto-müxbiri də daxil olmaqla, dörd jurnalist həbs edilib. Onlar xarici dövlətə məxfi məlumatları sızdırmaqda ittiham edilirlər.
Gürcüstanın Daxili İşlər Nazirliyi həbs edilənlərin prezidentin şəxsi foto-müxbiri İrakli Gedenidze və onun həyat yoldaşı foto-müxbir Natiya, Avropanın Pressphoto agentliyinin müxbiri Zurab Kurtsikidze və Xarici İşlər Nazirliyinin foto-müxbiri Georgi Abdaladze olduğunu bildirib.

Fotoqrafların evlərinə reyd zamanı kompüterlər, mobil telefonları və başqa ləvazimatlar götürülb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR