Bank Of Baku

Tatarıstanda göyərtəsində 199 nəfər olan gəmi batıb, 79 nəfər xilas edilib, 9 nəfərin meyiti tapılıb, xeyli sayda insan itkin düşüb

Tatarıstanda göyərtəsində 199 nəfər olan gəmi batıb, 79 nəfər xilas edilib, 9 nəfərin meyiti tapılıb, xeyli sayda insan itkin düşüb
# 11 iyul 2011 07:02 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə iyulun 10-da Moskva vaxtı ilə saat 13.58-də Tatarıstan Respublikası Kansko-Ustinovsk rayonunun Syukeyevo kəndi yaxınlığında qeydə alınıb. Gəmi Bolqar şəhərindən Kazana gedirmiş. İlkin ehtimallara görə, gəminin batmasına güclü tufan səbəb olub.

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Tatarıstan FHN-dən bildirilib ki, 79 nəfər xilas edilib, daha 9 nəfərin isə cəsədi tapılaraq sudan çıxarılıb. Gəmidə xeyli sayda uşağın olduğu bildirilir. Meyiti tapılanlar arasında uşaqlar da var. Xeyli sayda insan itkin düşmüş sayılır.

Xilasetmə və araşdırma davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR