Bank Of Baku

Türkmənistanda pirotexnika anbarlarında baş vermiş partlayışlar nəticəsində 15 nəfər ölüb

Türkmənistanda pirotexnika anbarlarında baş vermiş partlayışlar nəticəsində 15 nəfər ölüb
# 11 iyul 2011 08:23 (UTC +04:00)
Bakı – APA. İyulun 7-də Türkmənistanın Abadan şəhərinin ətrafındakı pirotexnika anbarlarında baş vermiş partlayışlar nəticəsində 2 hərbçi və 13 mülki şəxs ölüb. APA-nın “Turkmenistan.ru” xəbər portalına istinadən verdiyi xəbərə görə, bu informasiya partlayışların nəticələrinin aradan qaldırılması üzrə yaradılmış hökumət komissiyasının prezident Qurbanqulu Berdımuhammedova təqdim etdiyi hesabatda əksini tapıb.

Komissiya müəyyən edib ki, isti hava nəticəsində başlayan yanğın pirotexniki vasitələrin partlamasına və ətraf əraziyə yayılmasına səbəb olub. Bu vasitələr SSRİ dövründən qalmış döyüş sursatının saxlanıldığı anbara da düşüb.

Prezident komissiyanın işinin yekunları əsasında müdafiə naziri Begenç Gündoğduyevin rütbəsini generallıqdan polkovnikliyə endirib və ona şiddətli töhmət verib. O, hadisəyə bağlılığı olan digər hərbçilərin də məsuliyyətə cəlb olunmasını və ağır şəkildə cəzalandırılmasını tələb edib. Prezident köhnə Abadanın yerində yeni şəhər qurulacağını da açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR