Bank Of Baku

Türkmənistan XİN Rusiyanın “Rossiya” dövlət telekanalını təxribatda ittiham edib

Türkmənistan XİN Rusiyanın “Rossiya” dövlət telekanalını təxribatda ittiham edib
# 11 iyul 2011 09:06 (UTC +04:00)
Türkmənistanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Türkmənistan XİN-in yaydığı açıqlamada bildirilir ki, “Rossiya” telekanalının Abadan şəhərində baş vermiş hadisə ilə bağlı yaydığı məlumatlar kobud təxribatdır. Türkmən tərəfi hesab edir ki, telekanalın partlayış nəticəsindən çoxsaylı tələfat barədə məlumatları qərəzlidir və həqiqəti əks etdirmir.

Rəsmi Aşqabad hadisə barədə rəsmi məlumatlara kölgə salan bu iddiaları insanları çaşdıran dezinformasiya kimi dəyərləndirib. “ Bununla əlaqədar Türkmənistan XİN Rusiyanın aidiyyəti dövlət qurumlarını mövcud qanunvericilik əsasında “Rossiya” telekanalının mənfi təbliğatının, həmçinin böhtan xarakterli məlumatlar yayan şəxslərin fəaliyyətinin qarşısının alınması üçün müvafiq ölçülər götürməyə çağırır”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, iyulun 7-də Türkmənistanın Abadan şəhərinin ətrafındakı pirotexnika anbarlarında baş vermiş partlayışlar nəticəsində rəsmi məlumatlara görə, 2 hərbçi və 13 mülki şəxs ölüb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 200-ə yaxın olduğu barədə məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR