Bank Of Baku

Volqada batmış “Bulqariya” gəmisinin 41 sərnişininin meyiti suyun üzünə qaldırılıb

Volqada batmış “Bulqariya” gəmisinin 41 sərnişininin meyiti suyun üzünə qaldırılıb
# 11 iyul 2011 13:14 (UTC +04:00)
APA-nın məlumatına görə, onlardan beşi uşaqdır. Meyitlərin sudan çıxarılması davam edir.

Qeyd edək ki, gəmi iyulun 10-da Moskva vaxtı ilə saat 13.58-də Tatarıstan Respublikası Kansko-Ustinovsk rayonunun Syukeyevo kəndi yaxınlığında batıb. Gəmi Bolqar şəhərindən Kazana gedirmiş. İlkin ehtimallara görə, gəminin batmasına güclü tufan səbəb olub.

Tatarıstan Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, gəmidə ümumilikdə 208 nəfər olub. Onlardan 79-u xilas edilib. Qəzanın baş verdiyi yerdə işləyən dalğıclar suyun dibində 110 cəsəd olduğunu xəbər verirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR