Qubada «İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış» mövzusunda seminar keçirilib - FOTO
Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bu kimi tədbirlərin cəmiyyət üçün xüsusi önəm daşıdığını deyib, onların davamlılığının vacibliyini vurğulayıb: «Modernləşmə kursu dövlət orqanları və digər qurumlar qarşısında yeni vəzifələr qoyur. Bu baxımdan informasiya əldə etmək haqqında qanunvericiliyə riayət zəruridir. Mövcud istiqamətdə irəliləyişlər ictimaiyyətlə əlaqə şöbələrinin, mətbuat xidmətlərinin işinin təşkilində, onların veb-səhifələrinin yaradılmasında və təkmilləşdirilməsində özünü göstərməkdədir. Əslində belə layihələrin əsasında da həmin prosesə dəstək göstərmək və bir növ, qarşıdakı vəzifələri müəyyənləşdirmək dayanır. Əsas məsələ təbii ki, dövlət orqanlarının cəmiyyətin informasiya tələbatını ödəmələridir. Azərbaycan dövləti də bu yöndə əhəmiyyətli tədbirlər reallaşdırmaqdadır».
Quba Rayon İcra Hakimiyyəti başçısının I müavini Sahib Məmmədov rayonda bu kimi tədbirlərin təşkilinin ənənəyə çevrildiyini bildirib. MŞ-nin Qubada keçirdiyi silsilə toplantılardan söz açan S.Məmmədov rayondakı idarə, müəssisə və təşkilatların media ilə işinin qurulmasındakı xüsusiyyətlərə dair məlumatlar açıqlayıb.
Bakı Dövlət Universitetinin professoru, İctimai Teleradionun Yayım Şurasının sədri Cahangir Məmmədli mətbuat xidməti institutunun hər bir qurumun fəaliyyətindəki roluna diqqət çəkib. Təlimləri hollandiyalı ekspertlər - Devid van der Huoven və Fred Gijbels aparıblar. Onlar «İctimai informasiya rəsmilərinin rolu və mövqeyi», «Media və vətəndaşlarla interaktiv ünsiyyət», «Hökumət informasiyasına açıq çatım və onun nəticələri», «İnformasiyaya açıq çatımın bəzi hüquqi aspektləri», «Böhran vəziyyətlərində necə işləməli» mövzularında fikir və təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar. Seminar çərçivəsində həmçinin iştirakçılara Azərbaycan Respublikasının Baş Prokurorluğu və Mətbuat Şurasının birgə hazırladıqları «Jurnalistlər üçün hüquqi terminlər lüğəti» kitabı da paylanılıb.
Qeyd edək ki, seminarda Daxili İşlər, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər, Vergilər, Təhsil nazirliklərinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dövlət Neft Şirkətinin, Dövlət Sosial Müdafiə Fondunun, “Azərsun Holdinq”in mətbuat xidmətlərinin nümayəndələri, eləcə də Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan olan dövlət orqanlarının media ilə əlaqələrə məsul şəxsləri iştirak ediblər.
MDB
Putin: Ankoricdə həqiqətən də heç bir razılaşma əldə olunmamışdı
Putin: Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri şübhəsiz ki, problemlər yaradır
Putin Zelenskinin Belarusa qarşı təhdidlərini Lukaşenko ilə ətraflı müzakirə etmədiyini deyib
Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib
Xəbər Lenti
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı enib
Dünya bazarlarında neft yenidən bahalaşır
"NYMEX" əmtəə birjasında təbii qazın qiyməti artıb
Şəmkirdə evdən qadın meyiti tapılıb
Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Asiya fond bazarlarında bəzi əsas indekslər artıb
Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Belarus prezidenti Aleksandr Lukaşenko Çində işgüzar səfərdədir
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
AB rəsmiləri Türkiyəyə səfər çərçivəsində Hakan Fidanla görüşəcəklər
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Britaniya minlərlə məhkumu azadlığa buraxmaq niyyətindədir
AP 2027-ci ildən sonra Ukrayna üçün yeni kreditlə bağlı müzakirələr aparır
Pakistan Əfqanıstanla sərhəddə 29 silahlını zərərsizləşdirib
İsrail ordusu Livanın cənubunda “Hizbullah”a aid yeraltı anbarı məhv edib
KİV: Tətillərə baxmayaraq, İran-ABŞ texniki danışıqları davam edir
“Axios”: ABŞ və İran qarşılıqlı atəşkəs barədə razılığa gəlib
DÇ-2026: Kanada 1/8 finala çıxıb
Putin: Ankoricdə həqiqətən də heç bir razılaşma əldə olunmamışdı
Putin: Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri şübhəsiz ki, problemlər yaradır
ABŞ rəsmisi: İranla danışıqlar texniki səviyyədə davam edir
FHN Bazardüzü zirvəsi istiqamətində xəsarət alan alpinisti xilas edib - VİDEO
Putin Zelenskinin Belarusa qarşı təhdidlərini Lukaşenko ilə ətraflı müzakirə etmədiyini deyib
Türkiyədə 3,6 bal gücündə zəlzələ olub
Türkiyə XİN: İsrail 1915-ci il hadisələri ilə bağlı qərarı ilə öz cinayətlərini ört-basdır etməyə çalışır
Venesuelada zəlzələnin dağıntıları altından 33 nəfər xilas edilib
Qətər vətəndaşı gəmidə qəlpə yaralarından ölüb
Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib
Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb - FOTO
Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd ola bilər
Böyük Britaniyada anomal istilər davam edir, ölənlər var
Vilayəti: "Hizbullah" Livanın müstəqilliyinin dayağıdır
Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub - FOTOLENT
Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
İsrail ordusunun Baş Qərargah rəisi: Livanla tarixi razılaşma hərbi uğurlar sayəsində mümkün olub
Venesuelada zəlzələnin miqyası böyüyür, 60 min bina dağılıb və ya zədələnib
Ağdərədə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - FOTO - YENİLƏNİB-3
ÜST-ün baş direktoru: Avropada isti havalara görə, 1300-dən çox ölüm hadisəsi qeydə alınıb
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Fransa 11 nəfərin öldüyü təyyarə qəzasının səbəbini açıqlayıb - YENİLƏNİB
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTOLENT - YENİLƏNİB-2
Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 14 nəfər ölüb
İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib