Bank Of Baku

Bu il tirizm mövsümündə Azərbaycandan Gürcüstana daha çox turistin gəlişi gözlənilir

Bu il tirizm mövsümündə Azərbaycandan Gürcüstana daha çox turistin gəlişi gözlənilir
# 12 iyul 2011 23:57 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu il Gürcüstanda turizm mövsümü daha tez başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu ilin yanvar ayından başlayaraq iyun ayınadək Gürcüstana 1 milyon 108 min 914 nəfər turist səyahət edib. Gürcüstan iqtisadiyyat və sabit inkişaf nazirliyindən verilən məlumata görə, bu göstərici keçən ilin müvafiq dövründən 45% çoxdur. Nazirliyin məlumatına görə, bu il Avropadan Gürcüstana 388 nəfər (keçən ilə nisbətən 40% çox), MDB ölkələrindən 672 928 nəfər (keçən ilə nisbətən 47% çox) ziyarətçi gəlib. Bu ilin birinci yarım illiyindən ABŞ-dan 11934 nəfər (keçən ilə nisbətən 24% çox), Asiyadan 31001 nəfər (keçən ilə nisbətən 78% çox), Afrikadan 743 nəfər (82% çox), digər ölkələrdən 3476 nəfər (keçən ilə nisbətən 164% çox) gəlib.
Məlumata görə, bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 299762 nəfər ziyarətçi gəlib. Bu rəqəm keçən ilin müvafiq dövrünə nisbətən 43% çoxdur. Ermənistandan isə 242213 nəfər ziyarətçi gəlib. Bu, keçən ilə nisbətdə 52% çoxdur.
Gürcüstanın iqtisadiyyat və sabit inkişaf nazirliyindən APA-ya verilən məlumata görə, bu il Azərbaycandan Gürcüstanın Batumi, Borjomi, Kobuleti və digər şəhərlərindəki kurortlara daha çox turist axını gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR