Bank Of Baku

Ermənistanı tərk edənlərin sayı artır

Ermənistanı tərk edənlərin sayı artır
# 14 iyul 2011 22:25 (UTC +04:00)
Bakı-APA. Ermənistanın bir qrup ziyalısı prezidentə müraciətlərində artmaqda olan mühacirətin qarşısını almaq üçün tədbirlər görməyi xahiş ediblər.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, hazırda rəsmilər ölkdən gedənlərlə qayıdanlar nisbətinin narahatlıq doğurmadığını deyirlər.
Lakin onların israrlarına rəğmən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının son məruzəsi mühacirət miqyasının həyəcanlı həddə yaxınlaşdığına işarə edir.
Sənədə əsasən, ermənilər başqa ölkələrdə ən çox sığınacaq istəyən 25 millətlər siyahısına daxil edilib.
Məruzəyə əsasən, 2005-ci ildə ermənilər sözügedən siyahıda 18-ci yeri tuturdularsa, 2009-cu ildə sığınacaq istəyən ermənilərin sayı 22 faiz artıb və onlar 16-cı sıranı tutublar.
2003-cü ildən bəri Ermənistanı tərk etmək istəyənlərin təxminən yarısı Fransaya köçmək istəyib.
2000-ci ildən sonrakı üç il ərzində onların sayı 5 dəfə artıb.
Məruzədə deyilir ki, yalnız 2009-cu ildə 55 minə yaxın erməni Rusiya vətəndaşlığını alıb.
Bu, Rusiya vətəndaşlığını alan onlarla başqa millət nümayəndələri sırasında ikinci göstəricidir.
Araşdırmaya əsasən, Rusiya vətəndaşlığını alan ermənilərin sayı 2005-ci ildə kəskin surətdə artmağa başlayıb: 2001-ci ildə 19,3 min erməni Rusiya pasportu alıb, 2005-ci ildə onların sayı ikiqat, daha dörd ildən sonra isə - üçqat artıb.
Ümumiyyətlə, son 9 il ərzində 272 min erməni Rusiya vətəndaşlığını alıb.
Qeyd etmək lazımdır ki, Rusiyaya mühacirət edən 10 millət nümayəndələri ilə müqayisədə, ermənilər, Ukrayna, Özbəkistan və Qazaxıstandan sonra, dördüncü yeri tuturlar.
Lakin onu da nəzərə almaq lazımdır ki, həmin ölkələrin əhalisi Ermənistandan 5-10 dəfə artıqdır.
Rəsmi rəqəmlərə əsasən, Ermənistan əhalisinin sayı təxminən 3,2 milyon təşkil edir.
Rusiyadan başqa, Ermənistan vətəndaşları həmçinin Fransa, Polşa, Avstriya, Belçika, Çexiya və Yunanıstan istiqamətlərini seçirlər.

Son 9 il ərzində Yunanıstan vətəndaşlığı alan ermənilərin sayı təxminən 4 dəfə artaraq, 12 minə çatıb.

Polşada ermənilər iri icmaya malik olan 3 millətlər sırasına daxildirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR