Bank Of Baku

Son 9 ildə 272 min erməni Rusiya vətəndaşlığı alıb

Son 9 ildə 272 min erməni Rusiya vətəndaşlığı alıb
# 15 iyul 2011 11:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. 2009-cu ildə 54800 erməni Rusiya vətəndaşlığı alıb. APA-nın xəbərinə görə, bu barədə Ermənistanın “Azg” qəzeti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına istinadən məlumat yayıb.
Təşkilatın illik məruzəsində Rusiyada vətəndaşlıq alan ermənilərin sayının 2005-ci ildən etibarən artdığı qeyd olunub. Belə ki, 2001-ci ildə 19267 erməni Rusiya vətəndaşlığı aldığı halda, 2005-ci ildə bu rəqəm üç dəfə artıb. Son 9 ildə isə ümumilikdə 272 min erməni Rusiya vətəndaşlığı alıb.
Qəzet yazıb ki, ermənilər Rusiyadan əlavə, Fransa, Polşa, Avstraliya, Belçika, Çexiya, Hollandiya və Yunanıstana da köç etməkdədir. Yunanıstanda vətəndaşlıq almış ermənilərin sayı 12 min nəfər olub. Polşada isə ermənilər üçüncü böyük topluluqdur. Son 4 ildə mühacirət üçün müraciət edən ermənilərin sayı 22 faiz artıb. Ermənilər mühacirət üçün ən çox Fransaya üz tutur. Belə ki, 2000-ci ildə Ermənistandan Fransaya mühacirət edənlərin sayı 405 nəfər olduğu halda 2009-cu ildə bu say 5 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR