Bank Of Baku

Qazaxıstan prezidenti Almaniyada cərrahiyyə əməliyyatına məruz qalıb

Qazaxıstan prezidenti Almaniyada cərrahiyyə əməliyyatına məruz qalıb
# 20 iyul 2011 07:51 (UTC +04:00)
Bakı – APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Almaniya xəstəxanalarından birində mədəaltı vəzindən əməliyyat olunub. APA-nın məlumata görə, bu barədə Almaniyanın “Bild” qəzeti yazıb. Qəzet N. Nazarbayevin alman xəstəxanalarından birində müalicə olunduğunu ilk dəfə iyulun 19-da xəbər verib, lakin onun hansı xəstəlikdən əziyyət çəkdiyi bildirilməyib. Klinikanın mətbuat katibi N. Nazarbayevlə bağlı xəbəri nə təsdiq, həm də təkzib edib.

Qazaxıstan hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilmiş Qazaxıstan prezidentinin keçmiş kürəkəni Rahat Əliyev öz bloqunda N. Nazarbayevə mədəaltı vəzin xərçəngi diaqnozunun qoyulduğunu açıqlayıb. Qazaxıstan prezidentinin mətbuat xidməti isə N. Nazarbayevin ağır vəziyyətdə xəstəxanaya aparıldığı xəbərlərini təkzib edib. Eyni zamanda mətbuat xidməti N. Nazarbayevin qısamüddətli məzuniyyəti zamanı müayinə üçün Almaniya xəstəxanalarından birinə baş çəkməsi ehtimalını rədd etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR