Bank Of Baku

Həştərxanda yaşayış binasında yanğın olub, 7 nəfər ölüb

Həştərxanda yaşayış binasında yanğın olub, 7 nəfər ölüb
# 27 iyul 2011 13:11 (UTC +04:00)
Bakı-APA. Həştərxanda ikimərtəbəli yaşayış binasında baş verən yanğında yeddi nəfər ölüb. APA-nın məlumatına görə, hadisə nəticəsində 400 kvadrat metr ərazidə dörd ev yanıb. Yanğınsöndürənlər 20 nəfəri evakuasiya edə biliblər, hadisə zamanı yaralanmış 9 nəfərdən altısı xəstəxanalara yerləşdirilib. Alov söndürüləndən sonra dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb. Hadisə zamanı öldüyü güman edilən daha dörd nəfərin axtarışı davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR