Bank Of Baku

Dağıstan prezidentinin mətbuat xidmətinin rəhbəri öldürülüb

Dağıstan prezidentinin mətbuat xidmətinin rəhbəri öldürülüb
# 28 iyul 2011 08:15 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, naməlum şəxslər bu gün səhər Qurbanovun avtomobilini Montaşev küçəsində atəşə tutublar. Atəş nəticəsində Harun Qurbanov və sürücüsü həlak olub. İlkin məlumata görə, cinayətkarlar Qurbanov evdən çıxaraq maşına yaxınlaşan zaman ona atəş açıblar. Qətlin motivləri məlum deyil. Xatırladaq ki, Harun Qurbanov bundan əvvəl Dağıstan hökumətində milli siyasət, informasiya və xarici əlaqələr naziri postunu tutub. O ötən ilin yazından prezident Maqomedsalam Maqomedovun mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR