Bank Of Baku

Ermənistanda ermənilərlə yezidi kürdlər arasında silahlı qarşıdurma baş verib

Ermənistanda ermənilərlə yezidi kürdlər arasında silahlı qarşıdurma baş verib
# 18 avqust 2011 09:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Ermənistanın Kotayk vilayətində ermənilərlə yezidi kürdlər arasında silahlı qarşıdurma baş verib. APA-nın Ermənistanın «Aykakan Jamanak» qəzetinə istinadən verdiyi məlumata görə, hadisə yezidi kürdlərin yaşadığı Zovuni kəndinə ermənilərin basqını nəticəsində baş verib.

Yerli kənd sakinləri bu hücumu erməni oliqarxlarından birinin təşkil etdiyini, əsas məqsədin həmin erməni oliqarxın kənd sakinlərinə məxsus torpaq sahələrini ələ keçirmək istəyi olduğunu bildiriblər. Hadisənin iştirakçısı olan kənd sakinlərindən biri qəzetə bildirib ki, hücum edən ermənilərdə silah olub. Münaqişədə yaralanmış bir neçə kənd sakini xəstəxanaya yerləşdirilib.

Münaqişə zamanı odlu silah tətbiq edilmədiyini yazan qəzet onu da əlavə edib ki, münaqişədə iştirak etmiş Ermənistan Yezidiləri Milli İcmasının rəhbəri Əziz Tamoyananın üzərinə silah çəkilib. Hətta erməni silahlılarından biri onun gicgahına tapança dirəyərək onu hədələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR