Bank Of Baku

Belarus uranı ləğvi proqramını dayandırıb

Belarus uranı ləğvi proqramını dayandırıb
# 20 avqust 2011 00:50 (UTC +04:00)
Bakı-АПА. Belarus ABŞ-la razılığa əsasən yüksək dərəcədə zənginləşdirilmiş uranı məhv etmək planını dayandırdığını elan edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Belarus xarici işlər nazirliyi yeni sanksiyalar üzündən layihəni dondurduğunu bəyan edib. Qurum Amerikanın addımlarını əməkdaşlıq ruhuna zidd adlandırıb.
Rəsmi Vaşinqton ötən həftə Belarusda siyasi təqiblərə cavab olaraq iqtisadi sanksiyalar tətbiq edib. Sanksiyalar prezident Aleksandr Lukaşenkonun nəzarətində olan dörd firmanı hədəf alıb.
Belarus polisi Lukaşenkonun 17 illik hakimiyyətinə etiraz edən yüzlərlə adamı həbs edib. Onlarla adam nümayişlərdə iştiraka görə həbs cəzalarına məhkum ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR