Bank Of Baku

Dmitri Medvedyev: “Rusiya Liviya Milli Keçid Şurasının legitimliyini ikihakimiyyətlik başa çatdıqdan sonra tanıyacaq”

Dmitri Medvedyev: “Rusiya Liviya Milli Keçid Şurasının legitimliyini ikihakimiyyətlik başa çatdıqdan sonra tanıyacaq”
# 24 avqust 2011 12:56 (UTC +04:00)
Medvedyevin sözlərinə görə, Liviyada hal-hazırda ikihakimiyyətlilikdir və Rusiya ümid edir ki, tərəflər arasında atəşkəs elan olunması haqqında danışıqlar başlayacaq: “Tripolinin üsyançıların əlində olduğu bildirilsə də, Qəddafi və onun tərəfdarları hələ də döyüşü dayandırmayıb və müqavimət göstərməkdə davam edirlər. Biz ümid edirik ki, silahlı münaqişə dayandırılacaq və tərəflər danışıq masası arxasında əyləşib Liviyanın gələcəyini müzakirə edəcəklər”.
Medvedyev bildirib ki, Rusiya Liviyanın ərazi bütövlüyünün və suverenliyinin qorunub saxlanılmasında maraqlıdır: “Biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini istəyirik. Yalnız bu halda Liviyada sülh bərqərar olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR