Bank Of Baku

Gürcüstanın səhiyyə naziri Zalqaya səfər edib

Gürcüstanın səhiyyə naziri Zalqaya səfər edib
# 25 avqust 2011 22:34 (UTC +04:00)
Zalqa. Nizami Məmmədzadə-APA. Avqustun 25-də Gürcüstanın səhiyyə naziri Andriya Uruşadze kvemo-Kartli bölgəsinin dağ rayonlarından biri olan Zalqaya səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, səhiyyə naziri dağ rayonunda səhiyyənin vəziyyəti ilə maraqlanıb, rayon xəstəxanasının həkimləri ilə və sosial xidmət agentliyinə və yeni tikilən klinikaya baxıb. Məlumata görə, bu səhiyyə ocağı dekabr ayında xəstələri qəbul edəcək. Nazir A.Uruşadze səhiyyə xidməti rəhbəri Quram Kereselidze ilə birlikdə yerli əhali ilə görüşüb və dövlət sığortası haqqında onlara mükəmməl məlumat verib. Görüş zamanı səhiyyə xidmətinin təşkilatçılığı ilə rayon sakinlərinə gürcü, erməni və Azərbaycan dillərində informasiya bukletləri paylanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR