Bank Of Baku

Belarus prezidenti Aleksandr Lukaşenko 4 müxalifətçini əfv edib

Belarus prezidenti Aleksandr Lukaşenko 4 müxalifətçini əfv edib
# 02 sentyabr 2011 01:09 (UTC +04:00)
Bakı-APA. Belarus prezidenti Aleksandr Lukaşenko keçən ilin dekabr ayında həbs olunan və kütləvi iğtişaşlara dair cinayət məcəlləsinin maddələri əsasında azadlıqdan məhrum olunan 4 müxalifətçini əfv edib. APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, müxalifətçilər prezident seçkilərindən sonra keçirilən etiraz aksiyaları zamanı həbs olunublar. Belarus prezidentinin mətbuat xidməti bildirib ki, Lukaşenko bu qərarı həbs olan müxalifətçilərin əfv olunmaları barədə müraciətini müzakirə edəndən sonra qəbul edib. Müraciətdə onlar öz günahlarını boynuna alıblar, törətdiyi əməldən peşman olduqlarını və bir daha qanuni pozmayacaqlarını bildiriblər.
Xatırladaq ki, Lükaşenko keçən ay 11 müxalifətçini əfv etmişdi.
Rusiya mətbuatının yaydığı xəbərə görə, Bolqarıstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bütün siyasi məhbuslarına azad ediləcəyinə vəd verib. Bu bəyanat keçən həftə Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenovun Belarus prezidenti ilə Minsk görüşündən sonra verilib.
Bolqarıstanın XİN-nin bəyanatına Belarus hökuməti hələ
münasibət bildirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR