Bank Of Baku

Rusiyanın Tacikistandakı hərbi bazalarının dislokasiya müddəti 49 il artırılacaq

Rusiyanın Tacikistandakı hərbi bazalarının dislokasiya müddəti 49 il artırılacaq
# 02 sentyabr 2011 14:02 (UTC +04:00)
Bakı-APA. Rusiyanın Tacikistandakı hərbi bazalarının dislokasiya müddəti 49 il artırılacaq. APA-nın məlumatına görə, bu bəyanatla Tacikistan prezidenti Emomali Rahmonla görüşdən sonra Rusiya prezidenti Dmitri Medvedyev çıxış edib.

Medvedyevin sözlərinə görə, artıq bu məsələ ilə bağlı Tacikistan tərəfi ilə razılaşdırılıb. Müvafiq sazişin gələn ilik ilk rübündə imzalanması gözlənilir. Qeyd edək ki, Tacikistanda Rusiya hərbi bazası 2005-ci ildə 201-ci motoatıcı diviziyanın bazasında yaradılıb. Rusiya hərbi birləşmələri Düşənbə, Kulyabe və Kurqan-Tyubedə dislokasiya olunub. Rusiya bunun müqabilində Tacikistana hərbi texnika ilə yardım edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR