Bank Of Baku

MDB-nin növbəti sammiti 2012-ci ilin noyabrında Türkmənistanda keçiriləcək

MDB-nin növbəti sammiti 2012-ci ilin noyabrında Türkmənistanda keçiriləcək
# 03 sentyabr 2011 10:26 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu MDB-nin icraçı katibi Serqey Lebedev bildirib. O, 1 yanvar 2012-ci ildən etibarən MDB-də sədrliyin Türkmənistana keçməsi barədə qərar qəbul edildiyini vurğulayıb.

MDB-nin Düşənbədə keçirilən zirvə görüşündə çıxış edən Tacikistan prezidenti İmaməli Rahmon isə birliyin 20 illik yubileyi münasibətilə həmkarlarını təbrik edərək postsovet məkanında tarixən formalaşmış əlaqələrin qorunub saxlanılmasında birliyin mühüm rolu olduğunu qeyd edib.

“Əgər biz bundan belə də çoxmərhələli əməkdaşlığımızı inkişaf etdirmək istəyiriksə, ortaq potensialımızın reallaşdırılmasında dövlətlərimizin resurslarından və səylərindən bəhrələnməliyik”, - deyə Tacikistan prezidenti vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR